Debütantdan daha bir transfer

Xəbərlər
30 May 2025 16:45
62
Debütantdan daha bir transfer

"DH Volley" klubu qadın voleybolçular arasında Azərbaycan çempionatında debütü ərəfəsində komandanı formalaşdırmağa davam edir.

İdman.biz xəbər verir ki, komandanın növbəti yeni oyunçusu Nilufər Ağazadədir.

Blokçu kimi çıxış edən gənc azərbaycanlı voleybolçu əvvəllər “Azərreyl” və “Abşeron”un şərəfini qoruyub.

Qeyd edək ki, bundan əvvəl "DH Volley" "Azərreyl"dən Aynur İmanova və italiyalı İlenia Luna De Manqonu transfer edib.

İdman.biz