Ölkə çempionatının finalı bir oyundan ibarət olacaq

Xəbərlər
23 Oktyabr 2023 16:27
173
Ölkə çempionatının finalı bir oyundan ibarət olacaq

Kişi və qadınlardan ibarət komandalar arasında voleybol üzrə Azərbaycan çempionatının reqlamenti müəyyənləşib.

İdman.biz xəbər verir ki, müntəzəm çempionat 4 dövrədən ibarət olacaq.

Ardınca ən yaxşı 4 komanda pley-off mərhələsinə yüksələcək və burada 2 qələbə qazanacaq klublar finala yüksələcək.

Çempionu müəyyənləşdirəcək mərhələ isə cəmi 1 qarşılaşmadan ibarət olacaq. Bunu son mövsümdəkilər kimi, mərhələ deyil, “Qızıl oyun” da adlandırmaq olar.

Qeyd edək ki, qadınlar voleybolçuların mübarizəsində “Abşeron”, “Azərreyl”, “Gəncə”, Milli Aviasiya Akademiyası, “Murov Az Terminal” və UNEC oynayacaq. Kişilərin birinciliyində isə Şuşa və Laçın “Xarı Bülbül”ləri, “Azərreyl”, “Murov Az Terminal”, “Neftçi” və MOİK mübarizə aparacaq.

Zəki Feyzullayev

İdman.biz