Azərbaycan milli komandasının voleybolçusundan uğurlu start

Xəbərlər
11 Oktyabr 2023 09:47
138
Azərbaycan milli komandasının voleybolçusundan uğurlu start

Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Ruban Çağırış Kubokunun 1/32 final mərhələsinin ilk oyununda ən məhsuldar oyunçu olub.

İdman.biz xəbər verir ki, hücumçunun çıxış etdiyi Rumıniyanın "Luqoj"u klubu ilk avrokubok matçında evdə Şimali Makedoniya "Rabotniçki"si ilə qarşılaşıb.

Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib, Ruban isə 12 xal qazanıb.

Komandalar arasında cavab oyunu bu gün baş tutacaq.

İdman.biz