İtaliya – Yaponiya finalı

Xəbərlər
22 İyun 2024 20:37
89
İtaliya – Yaponiya finalı

Qadın voleybolçular arasında Millətlər Liqasının finalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici matçda İtaliya və Yaponiya üz-üzə gələcək.

İtaliya millisi yarımfinalda 3 setdə Polşanı məğlubiyyətə uğradıb. Yaponiya isə gərgin mübarizədə Braziliyaya qalib gəlib. Müntəzəm çempionatı uduzmadan başa vuran “sambaçılar” yarımfinalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Tailandın paytaxtı Banqkokda keçirilən final mərhələsində həlledici oyun sabah keçiriləcək.

İdman.biz