Yığmanın kapitanı: “Yorğunluq daha yaxşı oynamağımıza mane oldu”

Xəbərlər
4 İyun 2024 18:41
168
Yığmanın kapitanı: “Yorğunluq daha yaxşı oynamağımıza mane oldu”

“Oyunlar istədiyimi kimi keçmədi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının voleybolçusu Vüqar Bayramov deyib.

Millimizin kapitanı Qızıl Avropa Liqasının gənc oyunçular üçün yaxşı təcrübə olduğunu bildirib: “Bu qarşılaşmalar komandamızın gənc oyunçuları üçün yaxşı təcrübə oldu. Yorğunluq daha yaxşı oynamağımıza mane oldu, xüsusilə sonuncu oyunda bunu çox hiss etdik. Son qarşılaşma gərgin keçdi, qalib də gələ bilərdik. Amma bu dəfə də sevinən rəqib oldu. Növbəti yarışlara daha yaxşı hazırlaşıb uğurlu nəticə əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, yığmamız Qızıl Avropa Liqasında keçirdiyi 6 oyunu da məğlubiyyətlə başa vurub.

İdman.biz