“Gəncə” Qazaxıstan millisinin məşqçisi ilə müqavilə imzalayıb

Xəbərlər
24 May 2024 12:24
121
“Gəncə” Qazaxıstan millisinin məşqçisi ilə müqavilə imzalayıb

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb.

İdman.biz xəbər verir ki, komanda qazaxıstanlı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Titorenko ilə 1 illik müqavilə imzalayıb.

Qazaxıstan milli komandasının məşqçilər korpusunda yer alan mütəxəssis ötən mövsüm ölkəsində “Jetysu” klubunda çalışıb.

"Gəncə" yeni mövsümün hazırlığını davam etdirir.

İdman.biz

Məqalədə: