Yığmamızın voleybolçusu: “Nəticə üçün əlimizdən gələni edəcəyik”

Müsahibə
8 May 2024 16:54
Yığmamızın voleybolçusu: “Nəticə üçün əlimizdən gələni edəcəyik”

“Bu mövsümdə komandamızın heyəti əsasən gənclərdən ibarətdir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova deyib.

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən yığmamızın oyunçusu hazırlıq prosesi və yarış haqqında fikirlərini Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “Vaxtımız da çox deyil. Daha çox çalışmalıyıq və bunu da edirik. Gündə iki dəfə üç saata yaxın məşq keçirik. Sabah Sloveniyaya yola düşürük. Oradan da Xorvatiyaya yollanacağıq. Gənc komandayıq. Buna baxmayaraq yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, millimiz mayın 17-də Xorvatiya, ertəsi gün Slovakiya ilə qarşılaşacaq.

İdman.biz