“Azerrail” rumıniyalı hücumçu ilə güclənib

Xəbərlər
14 Sentyabr 2023 19:20
96
“Azerrail” rumıniyalı hücumçu ilə güclənib

Azərbaycanı Çağırış kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət “Azerrail” klubu daha bir transferini rəsmiləşdirib. Komandamız Rumıniya millisinin hücumçusu Ana-Maria Berdila ilə müqavilə imzalayıb.

177 sm boya malik 30 yaşlı oyunçu 2023/2024 mövsümündə “Azerrail”in uğurları üçün çalışacaq. Berdila karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.

O, bunadək ölkəsinin “Qalati”, “Pensilina İaşi”, “Alba-Blaj” və “Ştiinta” komandalarında forma geyinib. Yeni transferimiz 3 dəfə Rumıniya çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Azerrail” Berdiladan öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiç və amerikalı Tauri Meji ilə yeni müqavilə bağlayıb. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın “sükanı arxasına” gətirilib.

İdman.biz