Faiq Qarayev onlarla işləməyə qərar verib

Xəbərlər
18 Aprel 2024 11:37
226
Faiq Qarayev onlarla işləməyə qərar verib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçilər korpusu dəqiqləşib.

İdman.biz xəbər verir ki, baş məşqçi Faiq Qarayev köməkçilərini müəyyənləşdirib.

Təcrübəli mütəxəssis Emin Əbilov və Famil Ağayevlə işləyəcək. Bu məşqçilər zamanla yığmada çalışıblar.

Komandanın ilk sınağı mayda start götürəcək Qızıl Avropa Liqası olacaq.

İdman.biz

Məqalədə: