"Qızıl set" “Abşeron”u finalçı edib

Xəbərlər
18 Aprel 2024 20:31
164
"Qızıl set" “Abşeron”u finalçı edib

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Yüksək Liqada finala son vəsiqənin sahibi GİN-in Voleybol Mərkəzində sahibini tapıb.

“Murov Az Terminal” "Qızıl set"də “Abşeron”a uduzub. İkinci oyunda ilk qarşılaşmada olduğu kimi 3:1 hesabı qeydə alınıb. Reqlmentə görə, qalibi müəyyən etmək üçün həlledici set oynanılıb. "Abşeron" voleybolçuları 15:11 hesabı qalib gələrək, finala yüksəliblər.

Qeyd edək ki, digər yarımfinalda “Azərreyl” “Gəncə”dən üstün olub – 3:0, 2:3.

Yüksək Liqa, qadınlar
Yarımfinal, 2-ci oyun
18 aprel

18:00. “Murov Az Terminal” - “Abşeron” - 3:1 (21:25, 25:20, 25:19, 25:20), Qızıl set - 11:15
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 1:3 (26:24, 15:25, 19:25, 22:25)

İdman.biz