Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, 2-ci oyunlara GİN-in Voleybol Mərkəzində yekun vurulub.
“Neftçi” “Murov Az Terminal”la üz-üzə gəlib. Sonuncular ilk matçdakı olduğu kimi yenə üç setdə qalib gəliblər- 3:0.
Bununla da “Murov Az Terminal” finala yüksəlib. Onların həlledici matçdakı rəqibi “Azərreyl” olacaq.
Yüksək Liqa, kişilər
Yarımfinal, 2-ci oyun
18 aprel
15:00. “Neftçi” - “Murov Az Terminal” - 0:3 (21:25, 20:25, 19:25)
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 0:3 (25:27, 19:25, 18:25)
İdman.biz