Qələbə “Gəncə”nin, final "Azərreyl"in

Xəbərlər
17 Aprel 2024 20:19
Qələbə “Gəncə”nin, final "Azərreyl"in

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında ilk finalçı bəlli olub.

İdman.biz xəbər verir ki, yarımfinalın 2-ci oyununda “Gəncə” və “Azərreyl” üz-üzə gəlib.

İlk matçda 3:0 hesabı ilə qələbə qazanan Bakı klubu finala yüksəlib. İlk iki seti üstün bitirən "dəmiryolçular" minimum vəzifənin öhdəsindən gəliblər. "Gəncə" 3:2 hesabı ilə qalib gəlsə, setlərin sayındakı üstünlük "Azərreyl"i finala yüksəldib.

Qeyd edək ki, yarımfinal mərhələsinə aprelin 18-də yekun vurulacaq.

Yüksək Liqa, qadınlar
Yarımfinal, 2-ci oyun
17 aprel
18:00. “Gəncə” - “Azərreyl” - 3:2 (21:25, 20:25, 25:16, 25:17, 15:8)

İlk oyun – 0:3 (19:25, 20:25, 20:25)
GİN-nin Voleybol Mərkəzi

İdman.biz