Azərbaycan çempionatının pley-off cütləri

Xəbərlər
9 Aprel 2024 21:08
148
Azərbaycan çempionatının pley-off cütləri

Qadın voleybolçular arasında Azərbaycan çempionatının ilkin mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, pley-offda qarşılaşacaq komandaların adlarına aydınlıq gəlib.

Yüksək Liqanın reqlamentinə görə, ilk 4 yeri tutan klublar pley-offa vəsiqə qazanıblar. 1-ci pilləni tutan “Azərreyl” 4-cü olan “Gəncə” ilə münasibətlərə aydınlıq gətirəcək. Digər cütdə “Abşeron” və “Murov Az Terminal” üz-üzə gələcəklər.

Qeyd edək ki, cütün qalibi iki qələbəyədək davam edəcək. İki oyundan sonra hesab bərabər olarsa, qalib “qızıl set”də müəyyənləşəcək.

İdman.biz