"Abşeron" və "Gəncə"dən asan qələbə, "Azərreyl" liderliyini möhkəmlədib

Xəbərlər
26 Mart 2024 20:31
166
"Abşeron" və "Gəncə"dən asan qələbə, "Azərreyl" liderliyini möhkəmlədib

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada XVIII turun üç matçı baş tutub.

Gəncədə eyniadlı komanda çempionatın autsayderi UNEC-i sınağa çəkib. "Tələbələr" cəmi 31 xal qazanaraq, hər 3 setdə uduzublar.

GİN-nin Voleybol Mərkəzində öncə Abşeron" və "Milli Aviasiya Akademiyası" münasibətlərini ayırd edib. Qələbə qazanan Abşeron voleybolçuları 2-ci pilləyə yüksəliblər. Turun son oyununda "Azərreyl"ə uduzan "Murov Az Terminal" 3-cü yerə geriləyib. 3 xal "dəmiryolçular"ın liderliyini bir az da möhkəmlədib. Onlar 45 xalla ən yaxın izləyicisini 6 xal qabaqlayırlar.

Yüksək Liqa (qadınlar)
XVIII tur

15:00. "Gəncə" - UNEC - 3:0 (25:14, 25:9, 25:8)
Gəncə OİK

15:00. "Abşeron" - "Milli Aviasiya Akademiyası" - 3:0 (25:19, 25:22, 25:14)
GİN-in Voleybol Mərkəzi

18:00. "Murov Az Terminal" - "Azərreyl" - 1:3 (19:25, 17:25, 25:19, 23:25)
GİN-in Voleybol Mərkəzi

Azərreyl

18

15

3

48-14

1451-1198

45

Abşeron

18

13

5

42-21

1475-1239

39

Murov Az Terminal

18

13

5

42-21

1452-1205

37

Gəncə

18

9

9

31-31

1345-1238

27

Milli Aviasiya Akademiyası

18

4

14

20-42

1192-1385

14

UNEC

18

0

18

0-54

705-1350

0

İdman.biz