Yığmamızın voleybolçusunun tay-brek üzüntüsü

Xəbərlər
12 Mart 2024 22:19
181
Yığmamızın voleybolçusunun tay-brek üzüntüsü

Azərbaycan millisinin voleybolçusu Roman Qurskiy Macarıstan kubokunun gümüş medalını qazanıb.

İdman.biz xəbər verir ki, toppaylayıcımızın şərəfini qoruduğu VRCK finalda “Kapoşvar”a uduzub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Kapoşvar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qurskiy bildirib ki, oyun gərgin keçib: "Son setdə rəqib 14:16 hesabı ilə qələbə qazandı. Komandamız gənclərdən ibarətdir, lakin biz daha təcrübəli oyunçulardan təşkil olunmuş “Kaposvar”a qarşı bütün gücümüzlə oynadıq. Hazırda çempionatın pley-off mərhələsinə hazırlığımızı davam edirik. Çalışacağıq ki, çempionatda da medal qazanaq”.

Qeyd edək ki, Macarıstan çempionatını 4-cü pillədə başa vuran VRCK pley-offda MAFC klubu ilə qarşılaşacaq. İlk oyun martın 16-da baş tutacaq.

İdman.biz