Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

9 Sentyabr 2026 14:45
94
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

Yeni mövsümdən qadınlar arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq “Möminə Xatun” voleybol komandasının adı dəyişdirilib.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Muxtar Respublika təmsilçisi “Naxçıvan” adı altında fəaliyyət göstərəcək.

Bildirilib ki, təsisçi və klub rəhbərliyinin ortaq qərarı, Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klub bundan sonra fəaliyyətini “Naxçıvan” adı altında davam etdirəcək.

Bu addım komandanın həm yerli, həm də gələcəkdə beynəlxalq arenada Naxçıvanın vahid idman brendi kimi tanınmasına xidmət edəcək.

İdman.Biz