Azərbaycan çempionatının əsasnaməsində dəyişiklik - “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın”a görə

Xəbərlər
12 Mart 2024 11:22
154
Azərbaycan çempionatının əsasnaməsində dəyişiklik - “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın”a görə

Azərbaycan Voleybol Federasiyası (AVF) kişilər arasında ölkə çempionatının əsasnaməsində dəyişiklik edib.

İdman.biz xəbər verir ki, buna “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırması səbəb olub.

Dəyişikliyə əsasən, Yüksək Liqada oyunlar əvvəl nəzərdə tutulduğu kimi dörd deyil, altı dövrə davam edəcək. Daha sonra pley-off mərhələsi baş tutacaq.

Digər komandalar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq, Yüksək Liqada qarşılaşmaların altı dövrədə keçirilməsini qərara alıb.

İdman.biz