"Azərreyl"dən növbəti qələbə

Xəbərlər
21 Fevral 2024 19:53
202
"Azərreyl"dən növbəti qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada bir matç baş tutub.

Günün yeganə qarşılaşması GİN-in Voleybol Mərkəzində təşkil olunub. Çempionatın lideri "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı sınağa çəkib. Oyun gözlənildiyi kimi, 3 set davam edib. Daha güclü olan "dəmiryolçular" asanlıqla qələbə qazanıblar.

Qeyd edək ki, turun digər iki oyunu dünən keçirilib.

21 fevral
Yüksək Liqa (qadınlar)
18:00. "Milli Aviasiya Akademiyası" - "Azərreyl" - 0:3 (21:25, 10:25, 12:25)

GİN-in Voleybol Mərkəzi

Azərreyl

14

12

2

39-10

1142-882

36

Murov Az Terminal

14

11

3

35-13

1133-892

32

Abşeron

14

10

4

33-18

1199-1010

30

Gəncə

14

6

8

22-28

1053-1087

18

Milli Aviasiya Akademiyası

14

3

11

15-32

937-1090

10

UNEC

14

0

14

0-42

544-1050

0

İdman.biz