"Azərreyl" fərqi artırıb - YENİLƏNİB

Xəbərlər
13 Fevral 2024 19:19
213
"Azərreyl" fərqi artırıb - YENİLƏNİB

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə matçı GİN-nin Voleybol Mərkəzində baş tutub.

Çempionatın liderləri zirvə uğrunda mübarizə aparıblar. “Azərreyl” “Murov Az Terminal”ı sınağa çəkib. Ev sahibi statusunda çıxış edən "dəmiryolçular" ilk seti uduzsalar da, sonradan üstünlüyü ələ alıblar. "Azərreyl" 3:1 hesabı ilə qələbə qazanaraq, liderliyini möhkəmlədib. O, “Murov Az Terminal”ı 4 xal qabaqlayır.

Qeyd edək ki, Yüksək Liqada digər görüşlər növbəti fevralın 14-də və 17-də keçiriləcək.

Yüksək Liqa (qadınlar)
13 fevral
17:00. “Azərreyl” - “Murov Az Terminal” - 3:1 (24:26, 25:21, 26:24, 25:14)

GİN-nin Voleybol Mərkəzi

Azərreyl

13

11

2

36-10

1067-839

33

Murov Az Terminal

13

10

3

32-13

1058-867

29

Abşeron

12

8

4

27-17

1026-879

24

Gəncə

12

5

7

18-25

896-958

15

Milli Aviasiya Akademiyası

12

3

9

15-26

846-940

10

UNEC

12

0

12

0-36

488-900

0

İdman.biz