Reytinq açıqlanıb: Azərbaycan millisi 29 pillə geriləyib

Xəbərlər
4 Fevral 2024 11:26
140
Reytinq açıqlanıb: Azərbaycan millisi 29 pillə geriləyib

Voleybol yığmalarının FİVB reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.

Qadın voleybolçulardan ibarət millimiz 112,41 xalla dünyanın 31-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisə mövqeyini qoruyub.

Qadın yığmaların cədvəlinə Türkiyə başçılıq edir. Onların aktivində 397,46 xalı var. “Ay-ulduzlular”ın ABŞ izləyir (358,62 xal). “Üçlüy”ü Braziliya qapayır – 352,55 xal.

Kişilərdən ibarət komandamız isə geriləyib. Onlar 46-cı yerdən 75-ci pilləyə eniblər. 29 rəqibini özündən irəli buraxan millinin aktivində 33,33 xalı var.

İlk “üçlük” də dəyişməz qalıb. Polşa (421,14), ABŞ (390,91) və İtaliya (342,43) ön sıralarda qərarlaşıb.

İdman.biz