“Azərreyl” darmadağınla lider olub

Xəbərlər
31 Yanvar 2024 19:24
420
“Azərreyl” darmadağınla lider olub

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında III dövrənin ilk turuna yekun vurulub.b

İdman.biz xəbər verir ki, Yüksək Liqada XI turun son günündə bir matç keçirili.

Günün yeganə qarşılaşmasında “Azərreyl” UNEC-i sınağa çəkib. "Dəmiryolçular" asan qələbə qazanaraq, yenidən lider mövqeyinə yüksəliblər. "Tələbələr"lə oyunda "Azərreyl" rəqibə cəmi 38 xal qazanmaq imkanı verib.

Qeyd edək ki, turun ilk günündə “Milli Aviasiya Akademiyası” “Gəncə”yə 2:3 (26:24, 19:25, 15:25, 25:19, 11:15) hesabı ilə uduzub, “Murov Az Terminal” isə “Abşeron”u üstələyib - 3:0 (25:20, 25:18, 25:22).

Yüksək Liqa
XI tur
31 yanvar
18:00. “Azərreyl” - UNEC - 3:0 (25:13, 25:18, 25:7)

UNEC VK-nın idman zalı

Azərreyl

11

9

2

30-8

880-677

27

Murov Az Terminal

11

9

2

28-9

872-688

26

Abşeron

11

7

4

24-17

951-848

21

Gəncə

11

5

6

17-22

819-881

15

Milli Aviasiya Akademiyası

11

3

8

14-23

767-839

10

UNEC

11

0

11

0-33

435-825

0

İdman.biz