“Avropa çempionatı çox vacib və xüsusi yarışdır”.
Bu barədə Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova deyib.
O, turnirlə bağlı fikirlərini bölüşüb.
“Avropa çempionatı mənim üçün çox vacib və xüsusi yarışdır. Bu, hər zaman böyük məsuliyyətdir, çünki sən təkcə özünü deyil, həm də komandanı və ölkəni təmsil edirsən. Mən bu yarışa böyük hörmətlə yanaşıram və hər çıxışımı uzun müddət üzərində çalışdığımız hər şeyi nümayiş etdirmək üçün bir fürsət kimi qəbul edirəm”, - deyə o report.az-a açıqlamasında bildirib.
Y.Kərimova yarışda həyacanın olduğunu da söyləyib:
“Əlbəttə, həyəcan olur, amma məhz belə yarışlar insana böyük təcrübə, emosiyalar və daha güclü olmaq üçün motivasiya verir. Mənim üçün əsas olan meydana çıxmaq və bacardığım hər şeyi etməkdir ki, sonradan heç bir peşmanlığım olmasın”.
Xatırladaq ki, Bakıda keçirilmiş C qrupunda üçüncü yeri tutan Azərbaycan millisi 1/8 finalda Türkiyəyə uduzub.
