Şahin Bağırov onlara dəstək olacağını bildirib - FOTO

Xəbərlər
24 Yanvar 2024 11:06
197
Şahin Bağırov onlara dəstək olacağını bildirib - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.

AVF-dən İdman.bizə verilən məlumata görə, yanvarın 23-də GİN-in Voleybol Mərkəzində keçirilən “Murov Az Terminal” - “Gəncə” qarşılaşmasından sonra baş tutan görüşdə qurum rəhbəri yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb, onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib.

Məşqçi və mütəxəssislərlə də söhbət edən Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.

İdman.biz