Tea Radovic: “Qələbə qazandığımız üçün çox xoşbəxtəm”

27 Avqust 2026 22:57
778
Tea Radovic: “Qələbə qazandığımız üçün çox xoşbəxtəm”

Belçika millisinin hücumçusu Tea Radovic qadın voleybolu üzrə Avropa çempionatının C qrupunda Niderland üzərində qazandıqları qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, Radovic görüşün çətin keçdiyini bildirib.

“Oyun çətin oldu, amma yaxşı mübarizə apardıq. Məncə, oyunun əvvəlində hücumda çox yaxşı idik və buna görə də 2:0 hesabı ilə önə keçdik. Sonradan müdafiəyə və bloka daha çox diqqət yetirməyə başladıq. Qələbə qazandığımız üçün çox xoşbəxtəm”, - deyə hücumçu söyləyib.

Qeyd edək ki, Bakıda keçirilən qarşılaşmada Belçika Niderlandı 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz