İtaliya və Almaniya milliləri voleybolda dünya rekorduna imza atdı - VİDEO

27 Avqust 2026 18:41
99
İtaliya və Almaniya milliləri voleybolda dünya rekorduna imza atdı - VİDEO

Voleybol üzrə İtaliya və Almaniya yığmaları arasında keçirilən oyun setin davametmə müddəti ilə bağlı dünya rekordu ilə nəticələnib.

İdman.Biz xəbər verir ki, komandalar arasında keçirilən yoldaşlıq görüşünün ilk seti düz 89 dəqiqə davam edib.

Almaniya bu marafon setində 66:64 hesabı ilə qalib gəlib.

Beləliklə, tərəflər bir set ərzində ümumilikdə 130 xal qazanıblar.

Əvvəlki rekord isə cəmi iki ay qüvvədə qalıb. İyun ayında Argentina və Polşa arasında keçirilən oyunda set 62 dəqiqə davam edib. Həmin qarşılaşmada Polşa 50:48 hesabı ilə qalib gəlib.

İdman.Biz