Rumıniyalı voleybolçu: “Bütün zal Azərbaycan millisinin qələbəsini istəyirdi”

25 Avqust 2026 14:13
92
Rumıniyalı voleybolçu: “Bütün zal Azərbaycan millisinin qələbəsini istəyirdi”

“Azərbaycan millisi öz evində oynayır deyə bütün zal onları dəstəkləyirdi. Bu da şübhəsiz ki, rəqibin qələbə qazanmasında böyük rol oynadı”.

Bu sözləri qadın voleybolçulardan ibarət Rumıniya millisinin üzvü Diana Vereş Bakıda keçirilən Avropa çempionatında Azərbaycan yığmasına 2:3 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.

İdmançı qarşılaşmaya istədikləri kimi başlaya bilmədiklərini söyləyib.

“İlk setdə bir çox səhvlərə yol verdik. İkinci setdə müəyyən üstünlük əldə etsək də, həlledici xallarda diqqəti itirdik”, - deyə o AZƏRTAC-a açıqlamasında bildirib.

O, Azərbaycan millisinin son dövrlərdə inkişaf etdiyini vurğulayıb:

“Rəqibin heyətinə böyük təcrübəyə malik yeni voleybolçular cəlb olunub. Həqiqətən yaxşı komandadır. Bu heyətdə isə ən yaxşı oyunçu kimi Yelizaveta Rubanı fərqləndirərdim”.

Qeyd edək ki, xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir. Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Milli komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək.

İdman.Biz
Məqalədə: