Gəncədə gənc və yeniyetmə voleybolçularla görüş - FOTO

Xəbərlər
9 Yanvar 2024 16:17
205
Gəncədə gənc və yeniyetmə voleybolçularla görüş - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Olimpiya İdman Kompleksində Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə voleybolçuları ilə görüşüblər.

AVF-in mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, görüşdə regional klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nun digər əməkdaşları da iştirak ediblər.

Federasiya rəsmiləri burada təşkil olunan məşqləri izləyib, GRVK-in vəziyyəti ilə, idmançılara yaradılan şəraitlə tanış olublar.

AVF nümayəndələri ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr verib, onlara uğurlar arzulayıblar.

İdman.biz

Məqalədə: