Yeniyetmə voleybolçular arasında ölkə birinciliyinin pley-off mərhələsinin detalları müəyyənləşdirilib

25 Mart 2026 20:01
125
Yeniyetmə voleybolçular arasında ölkə birinciliyinin pley-off mərhələsinin detalları müəyyənləşdirilib

14 yaşadək (U-14) qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinin oyunlarının vaxtı və yeri müəyyənləşdirilib.

İdman.Biz xəbər verir ki, bu mərhələdə ümumilikdə 16 komanda (8 qız və 8 oğlan komandası) mübarizə aparacaq. Oyunlar 27–29 mart tarixlərində Bakı şəhərində təşkil olunacaq.

Qarşılaşmalar Abşeron Olimpiya İdman Kompleksində və Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək. Reqlamentə əsasən, 1/4 final mərhələsinin qalibləri yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, 18 yaşadək (U-18) voleybolçular arasında pley-off qarşılaşmaları isə 3–5 aprel tarixlərində keçiriləcək.

Oyun proqramı:
27 mart
U-14 (qızlar)

10:30. “AZERRAIL” – “Milli Aviasiya Akademiyası”
12:30. “Möminə Xatun” – “Şərqi Zəngəzur RVK-2”
14:30. “Gəncə RVK” - “Turan”
16:30. “Şərqi Zəngəzur RVK-1” - “Oğuz RVK”
Ünvan: AVF-nin idman zalı

U-14 (oğlanlar)

11:00. “Şərqi Zəngəzur RVK” - “Naxçıvan”
13:00. “Sumqayıt RVK” - “Gəncə RVK”
15:00. “Turan” (Slavyanka) - “Bakı RVK”
17:00. “Oğuz RVK” - “Turan”
Ünvan: Abşeron OİK

İdman.Biz