Azərbaycan qadın voleybolçularının Yüksək Liqasında pley-off mərhələsinin oyun təqvimi və keçirilmə qaydaları müəyyənləşib. Çempionluq uğrunda həlledici qarşılaşmalara martın 27-də start veriləcək.
İdman.Biz xəbər verir ki, pley-off mərhələsində 1/4 və 1/2 final görüşləri ev və səfər prinsipi əsasında, iki oyundan ibarət formatda təşkil olunacaq. Reqlamentə əsasən, hər iki oyunun nəticəsində komandaların qələbə sayı bərabər olarsa, növbəti mərhələyə yüksələn tərəfi müəyyən etmək üçün “qızıl set” oynanılacaq.
Turnirin həlledici mərhələsində bürünc və qızıl medal uğrunda görüşlər isə fərqli formatda keçiriləcək. Bu qarşılaşmalar cəmi bir oyundan ibarət olacaq və qalib komandalar birbaşa mükafatçıları müəyyən edəcək. Hazırda pley-offa vəsiqə qazanan klublar həlledici oyunlar öncəsi son hazırlıqlarını tamamlayırlar.
Qadınlar
Pley-off mərhələsi
27 mart
1/4 final, ilk oyunlar
15:00. "Murov Az Terminal" – "Turan"
17:00. "Azərreyl" – "DH Volley"
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
28 mart
1/4 final, ilk oyunlar
15:00. "Abşeron" – "Milli Aviasiya Akademiyası"
17:00. UNEC – "Gəncə"
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
2 aprel
1/4 final, cavab oyunları
16:00. "Turan" – "Murov Az Terminal"
(Tovuz Olimpiya İdmam Kompleksi)
18:00. "DH Volley" – "Azərreyl"
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
3 aprel
1/4 final, cavab oyunları
16:00. "Milli Aviasiya Akademiyası" – "Abşeron"
18:00. "Gəncə" – UNEC
(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)
