Azərbaycan Yüksək Liqası: 16-cı turun növbəti matçları baş tutub - YENİLƏNİB

5 Mart 2026 21:39
256
Azərbaycan Yüksək Liqası: 16-cı turun növbəti matçları baş tutub

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 16-cı turun növbəti oyunları keçirilib.

İdman.Biz bildirir ki, “Gəncə” və UNEC-in qadın voleybolçuları arasında olub. Gəncəlilər matçdan 3:0 (25:17, 25:22, 25:22) hesabı ilə qalib ayrılıblar.

Qadınların turnirində daha bir oyun “Gənclər” və “Milli Aviasiya Akademiyası” arasında olub. Oyun 3:0 (25:14, 25:19, 25:13) hesabı ilə “Milli Aviasiya Akademiyası”nın xeyrinə bitib.

Kişilərin yarışında “Azərreyl” və “Murov Az Terminal” komandaları qarşılaşıblar. Görüşdə ikincilər qalib gəliblər 3:2 (20:25, 25:22, 18:25, 25:20, 15:8).

10:21

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 16-cı turun növbəti oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, oyun günü qadın voleybolçuların dueli ilə başlayacaq.

Günün ilk görüşü Gəncə ilə UNEC arasında keçiriləcək. Komandalar Gəncə İdman Sarayında üz-üzə gələcəklər. Qarşılaşmanın başlama saatı 14:00-dır.

Ardınca növbəti matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Burada “Gənclər” kollektivi “Milli Aviasiya Akademiyası” ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş saat 17:00-da başlayacaq.

Kişilərin yarışında isə eyni saatda - 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Azərreyl” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, 16-cı turun oyunlarına martın 6-da yekun vurulacaq.

İdman.Biz