Azərbaycanın voleybol hakimi “Qalarasaray”ın oyununa təyinat alıb

4 Mart 2026 16:57
110
Azərbaycanın voleybol hakimi “Qalarasaray”ın oyununa təyinat alıb

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası AZƏRTAC-a bildirib.

O, kişi voleybolçuların CEV Kubokunda Türkiyənin “Qalatasaray” və Belçikanın “Qrinyard Maaseyk” komandaları arasında keçiriləcək dörddəbir final matçının ikinci hakimi olacaq. Görüşü çexiyalı Zdenek Qrabovski idarə edəcək.

Martın 5-də gerçəkləşəcək qarşılaşma İstanbulda baş tutacaq.

İdman.Biz