“Neftçi” və “Xilasedici” voleybolçuları Azərbaycan Yüksək Liqasında 16-cı tura qələbə ilə başlayıblar - YENİLƏNİB

4 Mart 2026 20:29
215
“Neftçi” və “Xilasedici” voleybolçuları Azərbaycan Yüksək Liqasında 16-cı tura qələbə ilə başlayıblar

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 16-cı tura start verilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Ordu” komandası “Neftçi” ilə qarşılaşıb. Qarşılaşma 3:2 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.

Günün ikinci oyununda isə “Xilasedici” və “Gənclər” kollektivləri üz-üzə gəliblər. “Xilasedici” görüşdən 3:0 hesabı ilə qalib ayrılıb.

09:34

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 16-cı tura start veriləcək.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da “Ordu” komandası “Neftçi” ilə qarşılaşacaq. Günün ikinci oyununda isə saat 18:00-da “Xilasedici” və “Gənclər” kollektivləri üz-üzə gələcəklər.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

İdman.Biz