Fərid Qayıbov: “Bu addımlar güclü yığmanın formalaşmasında mühüm rol oynayır”

Xəbərlər
27 Dekabr 2023 10:18
123
Fərid Qayıbov: “Bu addımlar güclü yığmanın formalaşmasında mühüm rol oynayır”

“Bu il ərzində federasiyanın rəhbərliyində dəyişikliklər oldu”.

İdman biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, AVF-də dəyişiklikdən sonra qısa zaman ərzində çoxlu işlər görülüb: “Bakıda və regionlara voleybolun inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər təşkil edilib. Bu bizim üçün çox önəmlidir. Bu gün atdığımız addımlar gələcəkdə güclü yığmanın formalaşmasında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin sayəsində 30 ildən sonra Xankəndində təşkil olunan futbol yarışı ilin ən vacib idman tədbiri idi. İl bizim üçün çox uğurlu oldu və burada voleybolçularımızın da payı var”.

Banuçiçək Hüseynli
İdman.biz