“Gəncə” rusiyalı voleybolçu ilə vidalaşıb

Xəbərlər
23 Dekabr 2023 13:18
406
“Gəncə” rusiyalı voleybolçu ilə vidalaşıb

“Gəncə” rusiyalı voleybolçusu Anna Balberova ilə yollarını ayırıb.

Klubdan İdman.bizə verilən məlumata görə, məşqçilər korpusunun etimadını doğrultmayan legionerlə müqaviləyə qarşılıqlı qazılıqla xitam verilib.

Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, “Gəncə” Azərbaycan çempionatında 7 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.

İdman.biz