“Qadın voleybolçulardan ibarət UNEC komandası mövsümün sonunadək heyətinə oyunçu cəlb etməyəcək”.
Bu sözləri qadın voleybolçulardan ibarət UNEC klubunun prezidenti Vüqar Məmmədov deyib.
“Qışda komandaya yeni oyunçu almayacağıq. Hazırkı heyətdən razıyıq. Mövsümün sonunadək əlimizdəki oyunçularla yola davam edəcəyik”, - deyə klub rəsmisi AZƏRTAC-a bildirib.
Qeyd edək ki, UNEC komandası hazırda 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
