Azərbaycan Yüksək Liqasında bəzi oyunlar təxirə salındı - SƏBƏB

Xəbərlər
8 Dekabr 2025 17:54
48
Azərbaycan Yüksək Liqasında bəzi oyunlar təxirə salındı - SƏBƏB

Kişi və qadın voleybolçular arasında bu həftə keçiriləcək Azərbaycan Yüksək Liqasının oyunlarının proqramında müəyyən dəyişikliklər edilib.

İdman.Biz Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, qadınların Yüksək Liqasında dekabrın 11-də keçirilməsi nəzərdə tutulan VI turun “Murov Az Terminal” - “Abşeron” qarşılaşması təxirə salınıb.

Həmin gün saat 16:00-da başlanmalı olan “Gənclər” - UNEC oyunu isə 18:00-da start götürəcək.

Kişilərin Yüksək Liqasında dekabrın 13-də keçiriləcək VI turun “Xilasedici” - “Gənclər” oyununun start vaxtında dəyişiklik olunub. Bu qarşılaşma saat 14:00-da deyil, 16:00-da başlayacaq.

İdman.Biz