“Azərreyl” CEV Kubokunda 1/32 final mərhələsinin cavab oyununa çıxacaq

Xəbərlər
19 Noyabr 2025 10:33
32
“Azərreyl” CEV Kubokunda 1/32 final mərhələsinin cavab oyununa çıxacaq

Bu gün CEV Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu 1/32 final mərhələsinin cavab oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

Bildirilib ki, təmsilçimiz Niderlandda “Orion Stars” komandasının qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə “Orion Stars” 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz