“Azərreyl” CEV Kubokundakı ilk oyununda məğlub olub - YENİLƏNİB

Xəbərlər
13 Noyabr 2025 19:51
150
“Azərreyl” CEV Kubokundakı ilk oyununda məğlub olub - YENİLƏNİB

Azərbaycanın kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk matçına çıxıb.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 1/32 finalda Niderlandın “Orion Stars” komandası ilə üz-üzə gəlib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyun rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin “Amrisvil” kollektivi ilə qarşılaşacaq.

09:57

Bu gün Azərbaycanın kişilərdən ibarət “Azərreyl” voleybol klubu CEV Kubokunda ilk oyununa çıxır.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Niderlandın “Orion Stars” komandası ilə qarşılaşacaq.

Oyun saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında başlayacaq.

İdman.Biz