Azərbaycanın voleybol millisi Türkiyəyə yığmasına uduzdu - FOTO

Xəbərlər
9 Noyabr 2025 22:05
34
Azərbaycanın voleybol millisi Türkiyəyə yığmasına uduzdu - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün üçüncü matçına çıxıb.

İdman.Biz xəbər verir ki, yığmamız Türkiyə millisi ilə qarşılaşıb.

Görüş rəqib komandanın üstünlüyü ilə nəticələnib — 0:3
(12:25, 8:25, 10:25).

Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı olacaq.

İdman.Biz