Kişi voleybolçuların Yüksək Liqasında “Ordu” və “Neftçi” qələbə qazanıblar

Xəbərlər
6 Noyabr 2025 21:24
57
Kişi voleybolçuların Yüksək Liqasında “Ordu” və “Neftçi” qələbə qazanıblar

Bu gün kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib.

İdman.Biz bildirir ki, 3-cü turun oyununda “Murov Az Terminal” - “Ordu”ya 2:3 hesabı ilə məğlub olub.

Oyun “Murov Az Terminal” VK-nın idman zalında keçirilib.

Digər qarşılaşmada “Gənclər” və “Neftçi” üz-üzə gəliblər.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən matçda “Neftçi” üstün olub – 3:0.

İdman.Biz