Yığmamızın kapitanı yenidən reanimasiyaya yerləşdirilib: “Növbəti dəfə əməliyyat olundu”

Xəbərlər
9 Dekabr 2023 11:37
659
Yığmamızın kapitanı yenidən reanimasiyaya yerləşdirilib: “Növbəti dəfə əməliyyat olundu”

Azərbaycan millisinin və “Xarı Bülbül Şuşa” klubunun voleybolçusu Tural Həsənlinin durumuna aydınlıq gəlib.

Şuşa təmsilçisinin baş məşqçisi Ziya Rəcəbovun İdman.bizə verdiyi məlumata görə, o, yenidən reanimasiyaya yerləşdirilib.

Onun sözlərinə görə, yığmanın kapitanının qəflətən qanaxmasının olduğundan təcili xəstəxanaya aparılıb: “Qanaxmanı dayandırmaq çətin oldu. Bu səbəbdən təcili qana ehtiyac yarandı və bununla bağlı müraciət etdik. Gecəyarı növbəti dəfə əməliyyat olundu. Hazırda isə vəziyyəti stabildir”.

Qeyd edək ki, 33 yaşlı voleybolçu noyabrın 30-da ”Çağırış kuboku”da “Panatiniakos”la matçdan sonra sağlamlığı ilə bağlı keçirdiyi narahatlığa görə çox kritik vəziyyətdə Bakıya çatdırılıb və birbaşa Hava Limanından xəstəxanaya aparılıb. Həsənli daxili qanaxma və bağırsaq partlaması səbəbi ilə əməliyyat olunub.

Banuçiçək Hüseynli
İdman.biz