Növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “DH Volley Baku” komandası heyətini yeni oyunçu ilə gücləndirib.
İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ylenia Luna De Manqonun keçidini rəsmiləşdirib.
İtaliyalı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
İdman.biz