“Hər şey plan üzrə gedir”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin voleybolçusu Anastasiya Mertsalova deyib.
O, Qızıl Avropa Liqasına hazırlıq prosesi ilə bağlı danışıb. 24 yaşlı voleybolçu bildirib ki, təlim-məşq toplanışı yaxşı gedir: “Artıq Sloveniyadan Yunanıstana gəlmişik. Sloveniyada Amerika klubu ilə oyun qarşılaşaraq 4:0 hesabı ilə qalib gəldik. Hər iki heyəti sınaqdan keçirdik. Yunanıstanda millisi ilə bir neçə oyunda gücümüzü bir daha yoxlayacağıq. İlk rəsmi oyunumuz Azərbaycanda olacaq. Azarkeşləri sevindirmək, ən yaxşı oyunumuzu göstərmək və qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, millimiz ilk oyununu mayın 30-da Bakıda Macarıstana qarşı keçirəcək.
Aytac Sahəd
İdman.biz