Millimizdən uğursuz start, Slovakiyadan darmadağın - GÜNÜN NƏTİCƏLƏRİ - FOTO

21 May 2025 23:57
843
Millimizdən uğursuz start, Slovakiyadan darmadağın - GÜNÜN NƏTİCƏLƏRİ - FOTO

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatına start verilib.

İdman.biz xəbər verir ki, ilk dəfə ölkəmizdə keçirilən mundial Fransa – Çad qarşılaşması ilə başlayıb.

Milli Gimnastika Arenasında keçirilən ilk oyununda Fransa minimal hesabla qalib gəlib - 1:0.

Günün ikinci qarşılaşmasında Türkiyə Macarıstanla üz-üzə gəlib. Oyun qollu bərabərliklə yekunlaşıb - 1:1. D qrupunda isə Portuqaliya Bolqarıstana 3:1 hesabı ilə qalib gəlib.

Ukrayna - İngiltərə matçında da qalib müəyyənləşib. İngilislər rəqibini 4:0 hesabı ilə məğlub edib. Slovakiya - Hindistan görüşündə 15 qol vurulub. Avropalılar quruhesablı qələbə qazanıblar.

Azərbaycan yığması Bəhreynlə görüşüb. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qrupun digər görüşündə də eyni hesab qeydə alınıb. Sloveniya və Mavritaniya xalları yarıya bölüblər.

Qeyd edək ki, I turun digər 8 görüşü sabah keçiriləcək.

Dünya çempionatı
Qrup mərhələsi
I tur, 21 may

A qrupu
20:30. Azərbaycan - Bəhreyn - 1:1
Qollar: Mirmehdi Rzayev, 15 - Jasim Ali Mohamed, 25
23:00. Mavritaniya - Sloveniya - 1:1

B qrupu
09:15. Fransa - Çad - 1:0
21:45. Rumıniya - Özbəkistan - 2:1

C qrupu
10:30. Macarıstan - Türkiyə - 1:1
13:00. Ukrayna - İngiltərə - 0:4

D qrupu
11:45. Bolqarıstan -Portuqaliya - 1:3
14:15. Slovakiya - Hindistan - 15:0

İdman.biz