Polina Rəhimova: "Panionios"un uğurları üçün var gücümü sərf etməyə hazıram"

Xəbərlər
21 May 2025 13:12
44
Polina Rəhimova: "Panionios"un uğurları üçün var gücümü sərf etməyə hazıram"

Yunanıstanın “Panionios” voleybol klubu Polina Rəhimovanı transfer etdiklərini rəsmi şəkildə açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan voleybolçusu klub və azarkeşlərə müraciətində yeni çağırışı qəbul etdiyinə görə məmnun olduğunu bildirib.

Rəhimova ambisiyaları olan kluba gəldiyini vurğulayıb: "‘Panionios’un mənə maraq göstərməsi çox xoş oldu. Bu, böyük ambisiyalara malik komandadır və yeni mövsümdə avrokuboklarda da çıxış edəcək. Belə kollektivin bir hissəsi olmaq xoşdur və klubun uğur qazanması üçün bütün gücümü sərf edəcəyəm".

Qeyd edək ki, Rəhimova ötən mövsümü Braziliyada keçirib və “Osasko” klubunun heyətində ölkə çempionu və kubokun qalibi olub.

İdman.biz