Polina Rəhimovanın baş məşqçisi serb olacaq

20 May 2025 14:59
339
Polina Rəhimovanın baş məşqçisi serb olacaq

Polina Rəhimova Yunanıstanın "Panionios" klubunda Draqan Neşiçin rəhbərliyi altında çıxış edəcək.

İdman.biz xəbər verir ki, komandanı ötən mövsüm avrokuboklara vəsiqə qazandıran serbiyalı mütəxəssis müqaviləsini daha bir il müddətinə uzadıb.

O, bundan əvvəl Yunanıstanın digər tanınmış klubu "Panatinaikos"u çalışdırıb.

Qeyd edək ki, Rəhimova ötən mövsüm "Osasko" klubunun heyətində Braziliya çempionu olub.

İdman.biz