Azərbaycan Yüksək Liqasında çıxış edən “Xilasedici” komandası voleybolçusu Asif Əliyevlə yeni müqavilə imzalayıb.
Bu barədə İdman.Biz-ə klubun mətbuat xidmətindən bildirilib.
Libero mövqeyində çıxış edən voleybolçu ilə müqavilə 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.