Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Yenə məğlubiyyət - İdman və Biz

Yenə məğlubiyyət

Xəbərlər
7 Dekabr 2023 14:11
550
Yenə məğlubiyyət

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununu keçirib.

İdman.biz xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda Latviya ilə üz-üzə gəlib.

Yığmamız bu dəfə də meydandan məğlub ayrılıb. Rəqib 3:0 hesabı ilə qalib gəlib.

EEVZA çempionatı
II tur
7 dekabr
Latviya - Azərbaycan - 3:0 (25:19, 25:14, 25:17)

Qeyd edək ki, bu, komandamızın ardıcıl 3-cü məğlubiyyəti olub. Yığma daha öncə Polşaya və Ukraynaya da “quru hesabla” uduzub. Voleybolçularımız növbəti görüşünü dekabrın 8-də Estoniyaya qarşı keçirəcək.

İdman.biz