Yüksək Liqa: Yeni mövsüm start götürür - FOTO

Xəbərlər
10 Oktyabr 2025 18:00
36
Yüksək Liqa: Yeni mövsüm start götürür - FOTO

Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın 2025–2026-cı illər mövsümü start götürür.

İdman.Biz xəbər verir ki, qadınların yarışına oktyabrın 14-də Gəncə İdman Sarayında “Gəncə” – “AZERRAIL” oyunu ilə başlanacaq.

Oktyabrın 15-də AVF-nin İdman zalında “DH Volley” – “Abşeron”, UNEC-in İdman zalında isə UNEC – “Milli Aviasiya Akademiyası” qarşılaşmaları keçiriləcək. Birinci turda “Turan” klubu istirahət edəcək.

Kişilərin Yüksək Liqasında I tur oktyabrın 16-da start götürəcək. FHN-in İdman zalında “Neftçi” – ORDU, “Murov Az Terminal” klubunun zalında isə “Murov Az Terminal” – “AZERRAIL” oyunları baş tutacaq.

Qadınlarda 9 komanda, kişilərdə isə 6 komanda mövsümdə çıxış edəcək. Hər tur qadınlarda bir komanda istirahət edəcək.

Oyunların qısa cədvəli:

Qadınlar, I tur

14 oktyabr, 15:00: “Gəncə” – “AZERRAIL”, Gəncə İdman Sarayı

15 oktyabr, 15:00: “DH Volley” – “Abşeron”, AVF İdman zalı

15 oktyabr, 15:00: UNEC – “Milli Aviasiya Akademiyası”, UNEC İdman zalı

Kişilər, I tur

16 oktyabr, 15:00: “Neftçi” – ORDU, FHN İdman zalı

16 oktyabr, 15:00: “Murov Az Terminal” – “AZERRAIL”, “Murov Az Terminal” İdman zalı

İdman.Biz