III MDB Oyunları: Voleybol millimiz turnirə qələbə ilə başlayıb

Xəbərlər
29 Sentyabr 2025 20:53
75
III MDB Oyunları: Voleybol millimiz turnirə qələbə ilə başlayıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışlarına start verilib.

İdman.biz xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən görüşlərdə qızlardan ibarət Azərbaycan millisi də ilk sınağına çıxıb.

A qrupunda yer alan yığma Tacikistanla qarşılaşıb. Görüş millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda növbəti görüşünü oktyabrın 3-də Özbəkistan seçməsinə qarşı keçirəcək.

İdman.biz